​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
23 İyul , 2016 10:44
​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 23 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Mehman Telman oğlu Kərimovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, M.Kərimov satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsi M.Kərimov barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. 

Son xəbərlər

Orphus sistemi