Məhkəmə Nardaranda tanışını güllələyən şəxsin şikayətini təmin etməyib

Məhkəmə Nardaranda tanışını güllələyən şəxsin şikayətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb
Hadisə
7 May , 2016 09:10
Məhkəmə Nardaranda tanışını güllələyən şəxsin şikayətini təmin etməyib

Bakı. 7 may. REPORT.AZ/ Nardaranda tanışını güllələməkdə təqsirləndirilən Elxan Fazil oğlu Cəfərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti və E.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2014-c il iyulun ayının 18-də Nardaran qəsəbəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü E.Cəfərov şəxsi münasibətlərin aydınlaşdırılması zəminində ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni ağır yaralayıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Hadisədən sonra cinayəti törədən E.Cəfərov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti hesab olunan 16 kalibrli sənədsiz ov tüfəngi götürülüb. Məhkəmə prosesində E.Cəfərov ittiham üzrə özünü təqsirli hesab edib. O, cinayəti özünə qarşı işlədilən təhqirlərə cavab olaraq törətdiyini bildirib və açıqlama verməkdən imtina edib. E.Cəfərov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. 2015-ci il sentyabr ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi