​Məhkəmə “LUKoil-Azərbaycan” QSC-nin işi üzrə ekspertiza təyin edib

​Məhkəmə “LUKoil-Azərbaycan” QSC-nin işi üzrə ekspertiza təyin edib Üçüncü şəxs qismində ƏMDK və “McDonalds Azerbaijan” MMC göstərilib
Hadisə
30 İyun , 2016 10:13
​Məhkəmə “LUKoil-Azərbaycan” QSC-nin işi üzrə ekspertiza təyin edib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin “LUKoil-Azerbaijan” QSC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəməsi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə iş üzrə ekspertiza təyin edilməsi barədə qərar qəbul olunub. Buna görə də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, “LUKoil-Azerbaijan” QSC ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib. QSC yanacaq doldurma məntəqəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatina alınması və s. barədə tələb irəli sürüb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini qismən təmin edib. Qərardan narazı qalan ƏMDK-nin idarəsi apellyasiya şikayəti verib.

Üçüncü şəxs qismində ƏMDK və “McDonalds Azerbaijan” MMC göstərilib.

Son xəbərlər

Orphus sistemi