Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib

Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib Hüquq müdafiəçisinin işi üzrə məhkəmə prosesi keçirilib
Hadisə
17 Avqust , 2016 17:59
Məhkəmə Bəxtiyar Hacıyevi cərimələyib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə "Report"a B.Hacıyevin vəkili Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, prosesdə B.Hacıyev 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. O, dövlət yol polisi əməkdaşları ilə mübahisə edib. Sonra hüquq müdafiəçisi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi