Məhkəmə “Azimport” MMC-nin apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Azimport” MMC-nin apellyasiya şikayətini təmin etməyib Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
13 Yanvar , 2016 17:25
Məhkəmə “Azimport” MMC-nin apellyasiya şikayətini təmin etməyib

Bakı. 13 yanvar. REPORT.AZ/ “Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Azkond” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin “Azkond” MMC-nin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. Yəni “Azimport” MMC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il “Azkond” MMC “Azimport” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azkond” borcun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Azimport” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

İddia olunan borcun məbləği açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi