​Məhkəmə “Azərsutikinti” ASC-nin işi üzrə ekspertiza təyin edib

​Məhkəmə “Azərsutikinti” ASC-nin işi üzrə ekspertiza təyin edib ASC aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb
Hadisə
14 Yanvar , 2016 10:36
​Məhkəmə “Azərsutikinti” ASC-nin işi üzrə ekspertiza təyin edib

Bakı. 14 yanvar. REPORT.AZ/ “Azərsutikinti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Samur-Abşeronsutikinti” Törəmə Müəssisəsinin Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən sonuncu prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, iş üzrə ekspertiza təyin edilib.

Qeyd edək ki, ötən il “Azərsutikinti” ASC-nin “Samur-Abşeronsutikinti” Törəmə Müəssisəsi VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini təmin etməyib. Qərardan narazı qalan müəssisə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi