Məhkəmə Azərbaycanda həbsdə olan sabiq nazirlə bağlı qərarını açıqlayıb

Məhkəmə Azərbaycanda həbsdə olan sabiq nazirlə bağlı qərarını açıqlayıb Müraciətə Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılıb
Hadisə
12 Avqust , 2015 12:00
Məhkəmə Azərbaycanda həbsdə olan sabiq nazirlə bağlı qərarını açıqlayıb

Bakı. 12 avqust. REPORT.AZ / Xəzər Rayon Məhkəməsi həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cəzasının çəkilməmiş hissəsinin alternativ cəza ilə əvəzlənməsi və azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib.

"Report" xəbər verir ki, müraciətə Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılıb. 

Vəkil Əfqan Məmmədov bildirib ki, sabiq nazir aldığı 3 illik cəzanın iki ilini çəkib: "Həm bunu, həm də Nicat Quliyevin səhhətində problemlər olmasını, ailə vəziyyətini nəzərə alaraq cəzasının başqa cəza ilə əvəzlənməsi və azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdik. Qanunvericilik onun cəzasının həbslə bağlı olmayan cəza ilə əvəzlənməsinə imkan verir. Təəssüf ki, məhkəmə müraciətimizi təmin etmədi. Hakim cəzanın dəyişdirilməsi üçün əsas olmadığını bildirdi. Nicat Quliyev daha bir il həbsdə qalacaq".    

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Sabiq nazir Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlayıb. 

Son xəbərlər

Orphus sistemi