Azərbaycanda məhkəməyə əlil arabasında gətirilən şirkət rəhbərinə 9 il həbs cəzası verilib

Azərbaycanda məhkəməyə əlil arabasında gətirilən şirkət rəhbərinə 9 il həbs cəzası verilib Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
8 Sentyabr , 2015 18:15
Azərbaycanda məhkəməyə əlil arabasında gətirilən şirkət rəhbərinə 9 il həbs cəzası verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Fuad-LTD” MMC-nin rəhbəri Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Beləliklə, Q.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Məmmədov məhkəməyə əlil arabasında gətirilib.

Xatırladaq ki, Xırdalan şəhərində 400-dən çox vətəndaşa ev sataraq onların pullarını mənimsəməkdə təqsirləndirilən Q.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi