Məhkəmə 1,6 kq narkotik maddə ilə tutulan şəxsə 9 il həbs cəzası verib

Məhkəmə 1,6 kq narkotik maddə ilə tutulan şəxsə 9 il həbs cəzası verib Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
31 Avqust , 2016 15:28
Məhkəmə 1,6 kq narkotik maddə ilə tutulan şəxsə 9 il həbs cəzası verib

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur Nəsrullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Nəsrullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Z.Nəsrullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aparılarkən kustar üsulla hazırlanmış 1600 qram narkotik vasitə aşkarlanıb.

Z.Nəsrullayevin ödənilməmiş məhkumluğu qalıb. Belə ki, o, 2008-ci ildə Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi