Bakıda mebel salonunun qarşısında bıçaqlanma olub

Bakıda mebel salonunun qarşısında bıçaqlanma olub Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Hadisə
15 Dekabr , 2014 10:41
Bakıda mebel salonunun qarşısında bıçaqlanma olub
Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Report"a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, rayonun İmadəddin Nəsimi küçəsində yerləşən "İnterturan" mebel salonunun qarşısında 27 yaşlı Namiq Qasımov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinə və 25-ci Polis Bölməsinə məlumat verilib.

Polislər N.Qasımovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi