Bakı. 25 yanvar. REPORT.AZ/ Maştağa qəsəbəsində yaşayış evində baş verən yanğın nəticəsində biri azyaşlı olmaqla iki nəfər zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Tural Yasinova məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənən T.Yasinovun arvadı Ramiləyə və azyaşlı qızı Fatiməyə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.