Maştağa sakinini qətlə yetirən şəxs həbs edilib

Maştağa sakinini qətlə yetirən şəxs həbs edilib Rauf Əliyevi bıçaqla qətlə yetirən Yusif Bağırov tutulub
Hadisə
15 İyul , 2015 15:05
Maştağa sakinini qətlə yetirən şəxs həbs edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Maştağa qəsəbəsində Rauf Əliyevi bıçaqla qətlə yetirən şəxs həbs edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində iyulun 13-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Rauf Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.

Qeyd edək ki, iyulun 14-də Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi