​Maşın oğurluğunda şübhəli bilinən iki azərbaycanlı - ata və oğul saxlanılıb

​Maşın oğurluğunda şübhəli bilinən iki azərbaycanlı - ata və oğul saxlanılıb Üç avtomobildən ikisi götürülüb
Hadisə
16 İyun , 2015 06:56
​Maşın oğurluğunda şübhəli bilinən iki azərbaycanlı - ata və oğul saxlanılıb

Bakı. 16 İyun. REPORT.AZ/ Rusiyanın Stavropol rayon polis şöbəsinin əməkdaşları iki Gürcüstan vətəndaşını - 50 yaşlı azərbaycanlı və onun 23 yaşlı oğlunu saxlayıblar.

"Report" xəbər verir ki, onlar 2014 və 2015-ci illərdə bir "VAZ 21 04" və iki "Lada Granta" markalı avtomobillərin oğurlanmasında şübhəli bilinirlər.

Polisin əldə etdiyi məlumata görə, həbs olunan hər iki şəxs vilayət ərazisində qeydiyyatsız yaşayır, heç bir yerdə işləmir və əvvəllər də oğurluğa görə məhkumluq həyatı yaşaybılar.

Oğurlanan maşınlardan ikisi geri götürülüb.

Son xəbərlər

Orphus sistemi