Bakı. 20 avqust. REPORT.AZ/ Gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilidə yanğın olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.