​Masallıda təndirxana yanıb

​Masallıda təndirxana yanıb Hadisə nəticəsində obyektin tavanı və içərisinə yığılmış odun parçaları yanıb
Hadisə
30 Oktyabr , 2015 05:51
​Masallıda təndirxana yanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Masallı rayonunun Kalinovka kəndində vətəndaşa məxsus təndirxanada yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində obyektin tavanı və içərisinə yığılmış odun parçaları yanıb.

Təndirxananın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi