Masallıda su qızdırıcısı partlayıb, azyaşlı qız yanıq xəsarətləri alıb

Masallıda su qızdırıcısı partlayıb, azyaşlı qız yanıq xəsarətləri alıb Hadisə Türkoba kəndində hamamda baş verib
Hadisə
18 Dekabr , 2015 18:32
Masallıda su qızdırıcısı partlayıb, azyaşlı qız yanıq xəsarətləri alıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Masallı rayonunun Türkoba kəndində su qızdırıcısının partlaması nəticəsində 10 yaşlı Gülnar Dəyanət qızı Hacızadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

"Report" xəbər verir ki, hadisə kənd sakini Şabala Ağaxan oğlu Ağayevə məxsus yaşayış evinin hamamında baş verib. 

Su qızdırıcısında yaranan nasazlıq səbəbindən ətrafa qaynar su dağılıb. Uşağın anası övladını yanmaqdan qurtararkən özü də qismən yanıq xəsarəti alıb. 

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri termiki xəsarətlər alan qızı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Zəruri tibbi yardımlar göstərildikdən sonra sarğı nahiyəsindən 2-3 dərəcəli yanıq xəsarətləri alan yaralının vəziyyəti qənaətbəxş sayılır.

Son xəbərlər

Orphus sistemi