Masallıda qaydaları pozan 20-dən artıq sürücü cərimə olunub

Masallıda qaydaları pozan 20-dən artıq sürücü cərimə olunub Yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkə
Hadisə
16 İyun , 2022 21:05
Masallıda qaydaları pozan 20-dən artıq sürücü cərimə olunub

Masallıda qaydalara əməl etməyən 20-dən artıq sürücü cərimə olunub.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət tədbirləri gücləndirilib.

Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi