Masallıda qatar motosikleti vurub, sürücü ölüb

Masallıda qatar motosikleti vurub, sürücü ölüb Onun sərnişini xəstəxanaya yerləşdirilib
Hadisə
8 Avqust , 2016 12:14
Masallıda qatar motosikleti vurub, sürücü ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Masallı rayonunda qatar motosikleti vurub. “Report”un xəbərinə görə, bu barədəDaxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 7-də saat 06 radələrində Masallı rayonunun Astanlı kəndində, qorunmayan keçiddə Bak-Astara sərnişin qatarı rayon sakini Səttar Nəhmətovun idarə etdiyi motosikleti vurub.

Nəticədə S.Nəhmətov hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi