​Masallıda minik avtomobili yanıb

​Masallıda minik avtomobili yanıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
17 İyul , 2016 09:38
​Masallıda minik avtomobili yanıb

Bakı. 17 iyul. REPORT. AZ/ Masallı rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Banbaşı kəndində qeydə alınıb.

Belə ki, kənddə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi