Masallıda fermada yanğınla nəticələnən partlayış baş verib

Masallıda fermada yanğınla nəticələnən partlayış baş verib Yanğın zamanı talvarın yanar konstruksiyaları və altına yığılmış ot bağlamasının 15 tonu yanıb
Hadisə
7 Avqust , 2016 17:47
Masallıda fermada yanğınla nəticələnən partlayış baş verib

Bakı. 7 avqust. REPORT.AZ/ Masallı rayonunda süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış olub.

"Report" xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 190 m2 olan süd qəbulu məntəqəsinin soyuducu kamerasında həcmi 60 litr olan freon qaz balonunda yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, soyuducu kameranın lambirindən ibarət tavanı 15 m2 sahədə dağılmış və şüşələri sınıb.

Yanğın zamanı ərazidə yerləşən ümumi sahəsi 144 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 36 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və ferma yanğından mühafizə olunub.

Yanğın saat 14:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi