​Masallıda evdə yanğın zamanı aylıq körpə vəfat edib

​Masallıda evdə yanğın zamanı aylıq körpə vəfat edib Faktla bağlı təhqiqat aparılır
Hadisə
13 Avqust , 2015 07:37
​Masallıda evdə yanğın zamanı aylıq körpə vəfat edib

Bakı. 13 Avqust. REPORT.AZ/ Gecə saatlarında Masallı rayonunun Yolağac kəndində vətəndaşa məxsus ikimərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi