Masallıda elektrik yarımstansiyasında yanğın olub

Masallıda elektrik yarımstansiyasında yanğın olub Hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub
Hadisə
3 Fevral , 2016 18:08
Masallıda elektrik yarımstansiyasında yanğın olub

Bakı. 3 fevral. REPORT.AZ/ Masallı rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. "Report"un məlumatına görə, yanğın Masallı rayonu və Lənkəranın ətraf kəndlərini elektrik enerjisi ilə təchiz edən Tüklə elektrik yarımstansiyasında qeydə alınıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin Masallı rayon hissəsinə 16:35-də məlumat daxil olub. Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Yanğının söndürülməsi məqsədilə Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə səfərbər olunub. 

Son xəbərlər

Orphus sistemi