Masallı bazarında 16 mağaza yanıb

Masallı bazarında 16 mağaza yanıb Yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
8 Dekabr , 2014 10:40
Masallı bazarında 16 mağaza yanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın Masallı rayonunda güclü yanğın olub. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı şəhərində ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın bu gün saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi