Bakı. 9 mart. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv. m. olan tikinti materiallarının satışı mağazasının lambirdən ibarət tavanı 80 kv.m və dam örtüyü 16 kv. m. sahədə (ümumi 96 kv.m ) yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mağazada yanğın olub
Hadisə
9 Mart , 2015
09:18
https://static.report.az/photo/4a4be9b2-5bb3-4337-9b6a-b3f7c2c86e24.jpg
Rus versiyası
В Баку в одном из магазинов произошел пожар