Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın Xantı-Mansiysk Muxtar Dairə məhkəməsi cari ilin mayında günorta saatlarında insanların gözü qarşısında 23 yaşlı Yuliya Pıxteyevanı qətlə yetirən 19 yaşlı azərbaycanlı Maarif Məmmədov barəsində yeni ittiham hökmü çıxarıb.
"Report" xəbər verir ki, həmyerlimiz məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 15 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Hakim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (Qəsdən adam öldürmə) üzrə ittiham olunan soydaşımızın günahını tam olaraq təsdiq edib.
Məhkəmənin materiallarına görə, M.Məmmədov Yuliyanı dəfələrlə öldürməklə hədələyib və onu döyüb. May ayının 14-də isə anasının gözü önündə qızın baş, boyun və bədən nahiyələrinə beş bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.