​Liman şəhərində avtomobil yanıb

​Liman şəhərində avtomobil yanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
17 Avqust , 2016 03:07
​Liman şəhərində avtomobil yanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi