"Lider Cola"da baş verən partlayış iaşə obyektlərinə ciddi zərər vurub - VİDEO

"Lider Cola"da baş verən partlayış iaşə obyektlərinə ciddi zərər vurub - VİDEO Mağazaya ciddi zərər dəyib
Hadisə
5 İyul , 2016 12:41
Lider Colada baş verən partlayış iaşə obyektlərinə ciddi zərər vurub - VİDEO

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində qaz çəninin partlaması nəticəsində ətrafdakı iaşə obyektlərinə ciddi zərər dəyib.

"Report"un məlumatına görə, partlayış nəticəsində Bakı-Sumqayıt şosesinin 3-cü km-də yerləşən mağazasının giriş qapıları zədələnib. Hadisə gecə vaxtı baş verdiyindən 24 saat fəaliyyət göstərən mağazada satıcılardan başqa cəmi bir neçə müştərinin olması səbəbi ilə heç kəs xəsarət almayıb.

Həmçinin partlayış nəticəsində dəmir qırıqları mağazaya bitişik yerləşən "AzCake” şirniyyat mağazasının şüşələrini sındırıb, mağazaya ciddi zərər dəyib.

Qeyd edək ki, "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. Partlayış gücü yüksək olduğundan hadisə yerindən xeyli aralıda yerləşən yaşayış sahələrinin daş hasarları uçulub.

Son xəbərlər

Orphus sistemi