Lerikdə yanğın olub, xəsarət alan var

Lerikdə yanğın olub, xəsarət alan var Lerikdə tövlədə yanğın hadisəsi qeydə alınıb.
Hadisə
9 Fevral , 2022 22:03
Lerikdə yanğın olub, xəsarət alan var

Lerikdə tövlədə yanğın hadisəsi qeydə alınıb.

"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Rayonun Almu kəndində ümumi sahəsi 84 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1 ton ot bağlaması yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi