​Lerikdə maşın maneəyə çırpılıb, 2 nəfər yaralanıb

​Lerikdə maşın maneəyə çırpılıb, 2 nəfər yaralanıb Qəzanın texniki nasazlıq üzündən baş verməsi ehtimal olunur
Hadisə
7 Avqust , 2015 23:42
​Lerikdə maşın maneəyə çırpılıb, 2 nəfər yaralanıb

Bakı. 7 Avqust. REPORT.AZ/ Lerik rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Noda-Şimgədulan-Xanəgah yolunun 2-ci km-də Bilnə kəndi ərazisində qeydə alınıb.

Vizəzəmin kənd sakini 38 yaşlı Mikayıl Quliyevin idarə etdiyi "Niva" markalı avtomaşın dağlıq ərazidə idarəetməni itirərək yoldan çıxıb. Qarşıdakı maneəyə çırpılan maşında sürücü ilə bərabər sərnişin, 49 yaşlı Vərzəvud kənd sakini Nazim Kişiyev xəsarət alıblar.

Alın nahiyəsindən xəsarət alan sürücü M.Quliyev Lerik Rayon Mərkəzi Xəstəxanasına, sərnişin N.Kişiyev isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralı həkimlərin nəzarəti altındadır. Diaqnozun dəqiqləşdirilməsindən ötrü rentgenoloji müayinələr aparılır. Qəzanın texniki nasazlıq üzündən baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi