Lerikdə 2 yük avtomobilinin toqquşması nəticəsində partlayış təhlükəsi yaranıb - FOTO - VİDEO

Lerikdə 2 yük avtomobilinin toqquşması nəticəsində partlayış təhlükəsi yaranıb - FOTO - VİDEO Oksigen balonlarının zədələnməsi səbəbindən sızma baş verib
Hadisə
7 Avqust , 2016 10:17
Lerikdə 2 yük avtomobilinin toqquşması nəticəsində partlayış təhlükəsi yaranıb - FOTO - VİDEO

Bakı. 7 avqust. REPORT.AZ/ Lerikin Piran kəndində baş vermiş yol qəzası nəticəsində partlayış təhlükəsi yaranıb.

"Report"un cənub bürosu xəbər verir ki, buna səbəb iki "Shacman" markalı yük avtomobilinin toqquşması və onlardan birinin oksigen balonları saxlanılan anbarın üstünə aşaraq təhlükə yaratması olub.

Qəza nəticəsində oksigen qaz balonları zədələnib və sızma baş verib.

Hadisə barədə dərhal əlaqədar qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən yerli qurumlara tapşırıqlar verilib, təhlükəsizliyin təmin olunması məqsədilə anbarda olan balonlar kənarlaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Məlumata görə, qəza törədən yük avtomobillərindən biri 2 gün əvvəl nasazlıq səbəbindən yolda hərəkətini dayandırıb. Dünən gecə saatlarında digər "Shacman" yüklə dolu vəziyyətdə yolda dayanan nəqliyyat vasitəsinə çırpılıb. Sürücünün xəsarət alıb-almaması barədə hələlik məlumat yoxdur.

Xəstəxanadan avtoqəza nəticəsində xəsarət alan hər hansı şəxsin daxil olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi