​Lənkəranda yol qəzası zamanı 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb

​Lənkəranda yol qəzası zamanı 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb "VAZ 21099" minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerindəcə ölüb
Hadisə
23 İyul , 2016 00:56
​Lənkəranda yol qəzası zamanı 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb

Bakı. 23 iyul. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib. 

"Report" xəbər verir ki, dövlət seriya nömrəsi Rusiyaya məxsus "C047 BY" "VAZ-21099" markalı minik avtomobili "07 BG 455" dövlət seriya nişanlı, "Ford" markalı avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 21099" markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb. Ölənlər Lənkəran rayon Xanbulan kənd sakinləri - 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğludur. 

Hadisə zamanı xəsarət almış Lənkəran rayon Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun durumunu ağır qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi