Lənkəranda ağır yol qəzası baş verib: 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır yol qəzası baş verib: 5 nəfər xəsarət alıb - FOTO Onlardan biri azyaşlıdır
Hadisə
1 Fevral , 2016 20:26
Lənkəranda ağır yol qəzası baş verib: 5 nəfər xəsarət alıb - FOTO

Bakı. 1 fevral. REPORT.AZ/ Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baqş verib. "Report" xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində olub. 

Belə ki, 10 DK 584 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə 99 ER 094 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı maşın toqquşub. 

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes"in sürücüsü sərxoş vəziyyətdə olub. 

"VAZ-2106"nın sürücüsü Ramin Abdullayev baş nahiyəsindən yüngül xəsarət alıb. Onun 2 yaşlı oğlu Abdullazadə Yusif Ramin oğlu alın nahiyəsindən kəsilmiş yarası, həyat yoldaşı, 35 yaşlı Abdullayeva Mirzadə Kazım qızı ağır bədən xəsarətləri diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Abdullayeva Mirzadə Xanış qızı hamilədir. Onlar Lənkəran rayonunun Göyşaban kəndinin sakinləridir. 

"Mercedes"in sürücüsü və sərnişini yüngül xəsarət aldıqlarından Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət etməyiblər.  

Son xəbərlər

Orphus sistemi