​Lənkəranda üç nəfər naməlum şəxs marketə basqın edib

​Lənkəranda üç nəfər naməlum şəxs marketə basqın edib Onlar satıcıya xəsarət yetirib
Hadisə
17 İyul , 2015 01:50
​Lənkəranda üç nəfər naməlum şəxs marketə basqın edib

Bakı. 17 İyul. REPORT.AZ/ İyulun 16-sı axşam saat 23.30 radələrində Lənkəranda market qarət edilib.

"Report" xəbər verir ki, hadisə Əli Məmmədov küçəsi, 1-ci mikrorayon ərazisindəki gündəlik tələbat malları satılan marketdə baş verib.

Qarət zamanı marketdə ticarət obyektinin məxsus olduğu Əbülfəz Cəfərovun 62 yaşlı atası Nuru Cəfərov olub. İçəri daxil olan üç nəfər şəxsdən biri siqaret almaq adı ilə kassaya yaxınlaşıb. Və satıcıya baş nahiyəsindən küt xəsarət yetirib. Digər bir nəfər marketin qapısında dayanıb. Satıcıya xəsarətlər yetirilən zaman dəstə üzvlərindən digəri kassada olan 200 manata yaxın nəğd pulu və təxminən 300 manatlıq mobil telefon danışıq kartlarını götürüb.

Qarətçilər marketdən çıxaraq taksiyə oturublar, hadisə yerindən uzaqlaşdıqdan sonra maşından düşüb naməlum istiqamətdə gediblər.

Faktla bağlı polisə məlumat verilib. Hadisə yerinə baxış keçirilib. Şahidlərin ifadələri əsasında istintaq-axtarış tədbirlərinə başlanıb.

Son xəbərlər

Orphus sistemi