Bakı. 26 avqust. REPORT.AZ/ Lənkəran şəhərində quşçuluq sexindən naqilləri oğurlayan şəxs tutulub. "Report" xəbər verir ki, şəhər sakini Zakir Manafova məxsus Quşçuluq sexindən 2 000 manat dəyərində elektrik naqilləri oğurlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quşçuluq sexindən elektrik naqillərini oğurlamaqda şübhəli bilinən Lənkəran sakini Əliyev Natiq tutulub.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanılıb.
Qeyd edək ki, quşçuluq sexi şəhər ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur
Lənkəranda şirkətə məxsus binadan oğurluq edilib
Hadisə
26 Avqust , 2016
12:13
https://static.report.az/photo/5a3005cc-52a3-4912-a531-ad7c160bea45.jpg