Lənkəranda silsilə oğurluq edənlər tutulub - FOTO

Lənkəranda silsilə oğurluq edənlər tutulub - FOTO ​Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır
Hadisə
18 Dekabr , 2015 13:11
Lənkəranda silsilə oğurluq edənlər tutulub - FOTO

Bakı. 18 dekabr. REPORT.AZ/ Lənkəranda silsilə oğurluqlar edən iki nəfər tutulub. Bu barədə "Report"a Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin rəisi Mehman Muxtarov məlumat verib. 
M.Muxtarov bildirib ki, oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb: "Vətəndaşların müraciətləri əsasında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı dəstə üzvlərinin kimliyi müəyyənləşdirilərək saxlanılıblar. Müəyyən edilib ki, oğurluq edən şəxslər 28 yaşlı  Murad Rəşadət oğlu Ağayev və 17 yaşlı Taleh Heydər oğlu Bədəlov olub. Onlar bir sıra obyektlərə müxtəlif vasitə və alətlərin köməyi ilə qanunsuz şəkildə daxil olaraq vətəndaşların şəxsi əmlaklarına xeyli miqdarda ziyan vurublar. Oğurladıqları əşyaların bir qismini sataraq pul əldə ediblər.
Faktla bağlı cinayət işi açlıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi