​Lənkəranda qəza baş verib, yük maşını dərəyə yuvarlanıb

​Lənkəranda qəza baş verib, yük maşını dərəyə yuvarlanıb Hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib
Hadisə
19 Yanvar , 2016 23:04
​Lənkəranda qəza baş verib, yük maşını dərəyə yuvarlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Shacman" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub.

Şahidlərin sözlərinə görə, hadisəni törətdikdən sonra yük maşınının sürücüsü digər sürücünün xəsarət alıb-almadığını öyrənmək üçün maşından enib. Lakin, üzüaşağı yolda dayanan yük maşınında əyləc sistemi sıradan çıxdığından nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzadan hər iki sürücü yüngül xəsarətlərlə qurtarsa da adı açıqlanmayan şirkətə məxsus yük maşını ciddi deformasiyaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi