Lənkəranda qaz sızmasından partlayış baş verib, 5 nəfər xəsarət alıb

Lənkəranda qaz sızmasından partlayış baş verib, 5 nəfər xəsarət alıb Yaralılar xəstəxanaya yerləşdirilib
Hadisə
12 Dekabr , 2014 15:40
Lənkəranda qaz sızmasından partlayış baş verib, 5 nəfər xəsarət alıb
Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Lənkəran şəhərində qaz sızmasından partlayış baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Lənkəranın Liman şəhəri, M.Ə.Sabir küçəsində qeydə alınıb. Partlayış nəticəsində evin divarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, qapı çərçivədən çıxıb. Yanıq xəsarəti alan İ.Zərbiyev, arvadı Elnarə, qızları Aytac, Nərmin və oğlu Kənan xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi