​Lənkəranda qardaş qardaşı bıçaqlayıb

​Lənkəranda qardaş qardaşı bıçaqlayıb Hadisə ailə münaqişəsi zəminində baş verib
Hadisə
9 İyul , 2015 00:39
​Lənkəranda qardaş qardaşı bıçaqlayıb

Bakı. 9 İyul. REPORT.AZ/ Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Aşağı Təngivan sakini 44 yaşlı Habil Şahan oğlu Əliyev onunla bir həyətdə yaşayan qardaşı Hümmət tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin versiyaya görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Qardaşına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi