​Lənkəranda qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb

​Lənkəranda qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb Sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyib
Hadisə
23 Fevral , 2015 13:38
​Lənkəranda qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb

Bakı. 23 fevral. REPORT.AZ/ Lənkəran şəhərində ev şəraitində hazırlanan şəkərli-qənnadı məmulatlarının (konfet) istehlak bazarına çıxması ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan məlumatların araşdırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti monitorinq aparıb. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Xidmətin Lənkəran ərazi idarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.

Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.

Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi