Lənkəranda piyadanı maşın vurub - FOTO

Lənkəranda piyadanı maşın vurub - FOTO Hadisə Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib
Hadisə
13 Mart , 2016 21:19
Lənkəranda piyadanı maşın vurub - FOTO

Bakı. 13 mart. REPORT.AZ/ Lənkəranda piyadanı maşın vurub.

"Report" xəbər verur ki, hadisə Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib.

Piyada Girdəni kənd sakini 1975-ci il təvəllüdlü İmanverdiyev Ələsgər Qasım oğlu yolu keçmək istəyərkən, həmkəndlisi 1961-ci il təvəllüdlü Əsədullayev Allahyar İdris oğlunun idarə etdiyi Mersedes markalı "42 BP 268" dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulub.

Sürücü dərhal yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

İlkin müayinələr nəticəsində yaralının vəziyyəti ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü hadisəyə səbəb kimi yolun qaranlıq olmasını və piyadanın qəfil yola çıxmasını söyləyir.

Son məlumata görə piyada dünyasını dəyişib.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi