Lənkəranda qızıl oğurluqları edən dəstə üzvləri tutulub - FOTO

Lənkəranda qızıl oğurluqları edən dəstə üzvləri tutulub - FOTO Faktlar əsasına Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri üzrə cinayət işi başlanıb
Hadisə
2 Avqust , 2016 16:29
Lənkəranda qızıl oğurluqları edən dəstə üzvləri tutulub - FOTO

Bakı. 2 avqust. REPORT.AZ/ Lənkəranda oğurluqlar edən dəstə üzvləri tutulub. "Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqlar edərək, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirləndirilən dəstə üzvlərini saxlanılıb. 

LŞRPŞ-nin müstəntiqi, polis kapitanı Pərviz Əsədzadə Lənkəran rayon sakini, Əhmədov Sadiq Mənsur oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında silsilə oğurluqlar etdiyini bildirib. O, tanışları Məmmədli Şaddıq Bəxtiyar oğlu və Abdullayev Ruslan Azad oğlu ilə birlikdə 18 iyun 2016-cı il tarixində Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşayan Nurullayev Məzahir Şahab oğlunun yaşadığı evinə pəncərədən qanunsuz daxil olmaqla otaqdan qızıl zinət əşyalarını mənimsəyiblər. 

Bundan sonra Sadiq Əhmədov təkrarən tanışları ilə birlikdə 30 iyun tarixində Gərmətük qəsəbəsində Nurullayeva Kəmalə Əlibala qızının yaşadığı evə qanunsuz olaraq pəncərədən girərək qızıl-zinət əşyalarını ələ keçirib. 

Dəstə üzvləri növbəti oğurluq hadisəsini 18 iyul tarixində Vahabova Qızbəs Bayram qızının evindən ediblər. 

Gərmətük qəsəbəsində növbəti oğurluq faktı 30 iyul tarixində Qasımova Gülnarə Beytulla qızının yaşadığı evdə qeydə alınıb. Yaşayış evinin ikinci mərtəbəsinə qanunsuz yolla pəncərədən daxil olan dəstə üzvləri mənzil sahibinə daha çox ziyan vurublar. Təkcə bu mənzildən 1 ədəd qiyməti 800 manat olan brilliant qaşlı qızıl üzüyü, 1 ədəd qiyməti 200 manat olan digər brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 200 manat qiymətində sadə qızıl üzüyü, 3 cüt ümumi dəyəri 700 manat qiymətində qızıl qolbağını boyunbağı ilə birlikdə, 1 ədəd 1000 manat qiymətində qızıl qol saatını gizli yolla talayıblar.

Faktlar əsasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri üzrə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi