Lənkəranda oğurluq edən Bakı sakini tutulub - FOTO

Lənkəranda oğurluq edən Bakı sakini tutulub - FOTO Faktla bağlı araşdırma davam etdirilir
Hadisə
28 Yanvar , 2016 17:45
Lənkəranda oğurluq edən Bakı sakini tutulub - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Lənkəran şəhər sakini Bahadır Balaxan oğlu Heydərov ona məxsus fərdi yaşayış evinin qarət edilməsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edib. 

Lənkəran ŞRPŞ-dən "Report"a verilən məlumata görə, hadisə yerinin müayinəsi zamanı məlum olub ki, mənzildən bir ədəd 750 manat qiymətində HP markalı kompüter, bir ədəd 150 manat qiymətində "Samsung-Not-2" markalı planşet, bir ədəd "Nokia-130" markalı mobil telefon, 2000 manat dəyərində brilyant qaşlı dəst sırğa-üzük, 1500 manat qiymətində brilyant qaşlı boyunbağı, 1200 manat qiymətində digər qızıl məmulatları oğurlanıb. Ümumilikdə ev sahibinə 5600 manat həcmində ziyan dəyib. 

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Bəhruz Feyruz oğlu Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı araşdırma davam etdirilir.  

Son xəbərlər

Orphus sistemi