​Lənkəranda mağazadan 10 min manat pul oğurlanıb - FOTO

​Lənkəranda mağazadan 10 min manat pul oğurlanıb - FOTO Faktla bağlı cinayət işi açılıb
Hadisə
24 Fevral , 2016 17:09
​Lənkəranda mağazadan 10 min manat pul oğurlanıb - FOTO

Bakı. 24 fevral. REPORT.AZ/ Lənkəran şəhərində mağazadan 10 min manat oğurlanıb. "Report"un məlumatına görə, hadisə "Lənkəran-Bazar" MMC-nin daxilində dəftərxana ləvazimatlarının topdansatış fəaliyyəti ilə məşğul olan Ramin Babayevə məxsus mağazada baş verib.

Zərərçəkən R.Babayev dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat verib.

Mağazanın sahibi bildirib ki, rəfdəki kitabları yığışdırmağa başı qarışıb və onun diqqətsizliyindən istifadə edən naməlum şəxs mağazaya girib: "Mağazanı bağlamaq istəyirdim. Çöldəki rəfdən kitabları yığışdırmağa başım qarışmışdı. İçəri girib gördüm ki, mağazada naməlum bağlama var. Dərhal asılqandakı gödəkçəmin cibinə baxdım, gördüm pullar yoxdur".

Zərərçəkən deyib ki, gödəkçəsinin cibində olan 10 min manat mağaza üçün aldığı dəftərxana ləvazimatlarına ödəniləcək pul olub. 

Hadisə yerinə Lənkəran ŞRPŞ-nin əməkdaşları baxış keçirib. Polis şöbəsindən "Report"a ərazidə müşahidə kameralarına düşən görüntülərdə naməlum şəxsin mağazaya girib əlindəki bağlamanı ora qoyması və asılqandakı gödəkçənin cibindən nəsə götürüb qaçması aydın göründüyü bildirilib: "Həmin şəxsin mağazada saxladığı bağlama maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində iş aparılır".

Son xəbərlər

Orphus sistemi