Bakı. 21 mart. REPORT.AZ/ Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
“Report” xəbər verir ki, fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.