Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Lənkəranda ikimərtəbəli evdə yanğın olub 5 otaqlı evin yanar konstruksiyaları və tavanı qismən yanıb
Hadisə
20 Dekabr , 2014 22:55
Lənkəranda ikimərtəbəli evdə yanğın olub
Bakı. 20 dekabr. REPORT.AZ/Lənkəran rayonu, Girdəni kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və tavanı 20 kv.m sahədə yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi