​Lənkəranda ikimərtəbəli ev yanıb

​Lənkəranda ikimərtəbəli ev yanıb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
2 Avqust , 2016 08:36
​Lənkəranda ikimərtəbəli ev yanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Lənkəranda yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, rayonun Qumbaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m2, 2-ci mərtəbəsində 1 otağın və aynabəndin yanar konstruksiyaları və ev əşyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi