Lənkəranda dispetçer məntəqəsi də daxil olmaqla 3 obyekt yanıb - FOTO - VİDEO

Lənkəranda dispetçer məntəqəsi də daxil olmaqla 3 obyekt yanıb - FOTO - VİDEO Yanğının başvermə səbəbləri araşdırılır
Hadisə
4 Avqust , 2016 09:24
Lənkəranda dispetçer məntəqəsi də daxil olmaqla 3 obyekt yanıb - FOTO - VİDEO

Bakı. 4 avqust. REPORT.AZ/ Lənkəran şəhərində yanğın baş verib.

"Report"un cənub bürosunun məlumatına görə, yanğın şəhərin Böyük Bazar ərazisində, İsi Səmədzadə küçəsində yerləşən kəndlərarası avtobusların dispetçer məntəqəsinin inzibati binasında qeydə alınıb.

Ümumi sahəsi 250 kvadratmetr olan binanın 71 kvadratmetri tamamilə yanıb, binanın dam örtüyünə ciddi ziyan dəyib. Bununla yanaşı, binaya bitişik bir telefon aksesuarları dükanı və 55 kvadratmetr sahəsi olan çayxana yanıb.

Hadisənin başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırılır. İlkin ehtimala görə, hadisəyə səbəb maye qaz balonunda olan sızmadır.

Yanğın səhər 07:25-də başlayıb. Lənkərandan üç, Liman şəhər bölməsindən əlavə olaraq bir yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb olunub.

Binaya bitişik daha üç dükan yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi