​Lənkəranda daşqın nəticəsində dəmir-beton körpü uçub, torpaq sürüşməsi baş verib

​Lənkəranda daşqın nəticəsində dəmir-beton körpü uçub, torpaq sürüşməsi baş verib Hazırda Qumbaşı çayında suyun səviyyəsi artmaqda davam edir
Hadisə
31 Oktyabr , 2015 00:41
​Lənkəranda daşqın nəticəsində dəmir-beton körpü uçub, torpaq sürüşməsi baş verib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Axşam saatlarında çaylarda sululuq səviyyəsinin artması nəticəsində Lənkəranın Boladi çayı üzərindəki dəmir-beton konstruksiyalı körpü uçub. Ucqar dağ kəndi Gəgiranda isə torpaq sürüşməsi baş verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyevin "Report"a verdiyi məlumata görə, torpaq kütləsi yaşayış evinin divarına qədər sürüşdüyündən evin istənilən an uçma təhlükəsi yaranıb.

Onun sözlərinə görə, bu kənddə də bir neçə körpünü sel aparıb.

"Hazırda Qumbaşı çayında suyun səviyyəsi artmaqda davam edir. Axşam saatlarınadək çay sularının kəndə daxil olmasının qarşısını almaq üçün torpaq bəndlər qurulsa da, bir qədər əvvəl bənddə sızma qeydə alınıb. Nəticədə kəndin aşağı məhəlləsində yerləşən bir neçə evin həyətini su basıb. Girdəni kəndi ərazisindəki Ləkər çayının daşması nəticəsində isə daha 14 ev sel suları altında qalıb", - deyə şöbə müdiri qeyd edib.

O bildirib ki, evlərini tərk etmək istəməyən ailələrə Fövqəladə Hallar Nazirliyi şəxsi heyətinin köməkliyi ilə zəruri ərzaq məhsulları çatdırılıb. Əlimərdan Əliyevin sözlərinə görə, vəziyyətin gərgin olaraq qalmasına baxmayaraq, yağış səngidiyindən su səviyyəsinin aşağı düşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi