Lənkəranda birmərtəbəli ev yanıb

Lənkəranda birmərtəbəli ev yanıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
11 Yanvar , 2015 23:04
Lənkəranda birmərtəbəli ev yanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Digah kəndində birmərtəbəli ev yanıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ümumi sahəsi 20 kv.m olan bir otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi