​Lənkəranda beşmərtəbəli binada yanğın baş verib - FOTO

​Lənkəranda beşmərtəbəli binada yanğın baş verib - FOTO Hadisə zamanı evdə heç kim olmayıb
Hadisə
1 May , 2016 17:24
​Lənkəranda beşmərtəbəli binada yanğın baş verib - FOTO

Bakı. 1 May. REPORT.AZ/ Axşam saatlarında Lənkəran şəhərində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Z.Əliyeva küçəsi, 78/1, mənzil 14-də qeydə alınıb.

Nəticədə ev sahibi Şıxəliyev Siyavuş Şıxəli oğluna məxsus üçotaqlı mənzilin iki otağı, aynabəndin kənar konstruksiyası və dəhliz hissəsi yanıb. Yanğın yerinə iki maşın cəlb edilib. 

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğın saat 17.52-də söndürülüb. Hadisə zamanı evdə heç kim olmayıb.

Son xəbərlər

Orphus sistemi